1 USD =3.206 GEL 1 EUR =3.756 GEL 1 AZN =1.887 GEL 1 TRY =0.413 GEL 1 RUB =4.098 GEL
04 
Fev
2020
22:08
1830

Qardabani bələdiyyəsi: Sartiçala kəndinin içməli su problemi yaxın gələcəkdə həll olunacaq

Gürcüstanın Qardabani rayonunun Sartiçala kəndinin içməli su problemi yaxın gələcəkdə həll olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Qardabani rayon bələdiyyəsindən bildirilib.

Kəndin içməli su ilə təmin olunması layihəsi artıq tamamlanmaq üzrədir, daha sonra tikinti işlərinə başlanılması üçün elektron tender elan olunacaq.

Bələdiyyədən qeyd olunub ki, kəndin texniki su ilə təminatında məhdudiyyətlərin tətbiqi əsas kanalda aparılan təcili bərpa işləri ilə bağlı olub. Sabahdan Sartiçala, Muğanlı və Saakadze kəndlərinin texniki su ilə təminatı bərpa olunacaq.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri