15 
İyn
2020
12:32
1352

Bolnisi bələdiyyəsinin bu kəndində sərt karantin rejimi ləğv olundu

Bolnisi Bələdiyyəsinin Geta (Aşağı Güləver) kəndində bu gündən etibarən sərt karantin rejimi qaldırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili, İdarələrarası Koordinasiya Şurasının iclasından sonra bildirib.

O, eyni zamanda xalqı ehtiyatlı davranmağa çağırdı.

"Virus heç bir yerə getmədi. Bir daha ictimaiyyəti daha ehtiyatlı olmağa və dövlətin verdiyi fürsətlərdən yalnız kritik vəziyyətlərdə istifadə etməyə çağırmaq istəyirik" dedi Mezvrişvili.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri