20 
İyn
2020
22:34
643

“Seçkilərdə görüşəcəyik” şüarı ilə baş tutan etiraz aksiyası başa çatdı

Bu gün Rustaveli küçəsində “Seçkilərdə görüşəcəyik” şüarı ilə baş tutan aksiya başa çatdı.

InterPress.ge xəbər verir ki, ”Bərabər işğala qarşı” adlı aksiya demək olar ki, 2 saat davam etdi.

Aksiyada çıxış edənlər rus işğalından danışdılar, keçən il 20 iyun hadisələri xatırlandı.

Aksiyada mülki hərəkat üzvləri ilə bərabər Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvili və bir neçə siyaətçi də çıxış etdi.

Aksiyanın sonunda isə fəalçılar həmrəylik və dəstək məqsədi ilə “Seçkilərdə görəşəcəyik” yazılı plakatlar qaldırdılar. Daha sonra isə Gürcüstan himni səsləndirildi.

Aksiyada vətəndaşlar məsafə saxlayırdılar. Əraziyə polis səfərbər edilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri