21 
İyn
2020
13:06
1250

Gürcüstanda koronavirusa son yoluxmaların hardan olduqları açıqlandı

"Son bir gündə Gürcüstanda aşkar edilən səkkiz koronavirusdan 6-sı xaricdən gətiriləndir, ikisi isə yoluxmuş xəstələrlə təmasda olanlardır".

InterPress.ge xəbər verir ki, bunu bu gün Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqladı.

"Bu gün səkkiz yeni hadisə təsdiqləndi, bunlardan ikisi əvvəlcədən təsdiqlənmiş halların təmasları, 6-sı isə müxtəlif ölkələrdən idxal olunan hallardır", - dedi Qamkrelize.

Onun sözlərinə görə, yeni xəstələrin klinik vəziyyəti qənaətbəxşdir. Xəstələr arasında azyaşlı uşaq da var.

Mərkəz rəhbəri əlavə edib ki, ölkədə ümumi epidemioloji vəziyyət nəzarət altındadır. Bununla belə, Qamkrelidze əhalini ayıq olmağa və bütün tövsiyələri mümkün qədər yaxından nəzarət etməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri