24 
İyn
2020
23:31
1006

Gürcüstanda məscidlərdə tətbiq edilən bu məhdudiyyət ləğv edilib

Gürcüstan məscidlərində cümə namazının camaat halında qılınması bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib.

O bildirib ki, COVID-19 pandemiyası səbəbi ilə məscidlərdə toplu ibadətlərin edilməsinə gətirilən məhdudiyyət götürülüb və GMİ-nin Gürcüstan Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında hazırladığı qaydalar əsasında cümə namazının qılınmasına icazə verilib.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri