26 
İyn
2020
20:31
2167

Marneulidə bədbəxt hadisə: Avtomobil piyadanı vurdu

Marneulinin 26 may küçəsində avtomobil piyadanı vurub.

Bu barədə InterPress.ge Marneuli Radiosuna istinadən xəbər verir.

Məlumata görə, avtomobil vurduğu 38 yaşlı qadın Marneulidə “Aversi” klinikasına yerləşdirilib.

Klinikadan verilən məlumata görə, qadın orta ağır dərəcədə xəsarət alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri