28 
İyn
2020
15:40
2602

Gürcüstanı tərk edə bilməyən xarici ölkə vətəndaşlarının nəzərinə

Gürcüstanı tərk edə bilməyən xarici ölkə vətəndaşı iyul ayının 31-dək Gürcüstanda qala bilərlər.

InterPress.ge xəbər verir ki, Gürcüstan hakimiyyətinin qətnaməsinə əsasən xarici ölkə vətəndaşı 2020-ci ilin martın 14-dən Gürcüstanda qalıbsa və ölkəni tərk edə bilməyibsə Gürcüstan ərazisində iyulun 31-dək qala bilər:

✅Əgər həmin şəxsin vətəndaşlığı olduğu dövlətin müvafiq dövrünə görə, böyük risk qrupuna daxildirsə.

✅Müvafiq dövlət tərəfindən sərhəd məhdudiyyəti varsa.

✅Sağlamlıq durumundan irəli gələrək karantində və ya özünütəcriddədirsə.

✅Əgər şəxs ləğv edilmiş aviareysdən dolayı müvafiq vaxtda ölkəni tərk edə bilməyibsə.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri