30 
İyn
2020
10:32
654

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı - 30 iyun

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saaat ərzində 2 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 928 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 3 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 794-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 2809 nəfər karantində saxlanılır, 229 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 15 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri