1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
30 
İyn
2020
17:54
1768

David Zalkaliani: "İyul ayında 14 aviareys planlanıb"

"Məlumat yayılıb ki, guya Gürcüstan Avropa İttifaqına sərhədlərini tamamilə bağlayıb və bu istiqamətlə heç bir əlaqələr mövcud deyil. Qeyd edim ki, bu məlumatların heç biri həqiqəti əks etdirmir".

InterPress.ge xəbər verir ki, bu haqda xarici işlər naziri David Zalkaliani deyib.

Zalkalianinin açıqlamasına görə, iyul ayında Avropa İttifaqına xüsusilə də Vyana, Amsterdam və Berlinə 14 aviareys planlaşdırılıb.

"Gürcüstan Avropa İttifaqından heç bir şəkildə ayrılmayıb. Biz xüsusi reyslər təşkil edərək 14 min vətəndaşımızı vətənə gətirdik. 22 min vətəndaşımıza isə yerində yardım etdik. Bu yardım prosesi bu gündə davam edir. Başqa istiqamətlərə də avia uçuşların təşkili məsələsi üzərindədə işləyirik "- dedi Zalkaliani.

Təyin olunan reyslərin xəbəri ➡️: Bu istiqamətlərdə növbəti çarter reysləri təyin olundu

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri