1 USD =3.074 GEL 1 EUR =3.629 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.189 GEL
04 
İyl
2020
11:58
3144

İyul ayının 6-dan bu qadağalar ləğv olunur

"İyulun 6-dan peşə məktəbləri açılacaq. Treninqlər və seminarlar qapalı məkanlarda keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu haqda əmək müfəttişliyi departamentinin rəhbəri Beka Peradze açıqlama verib.

"Bazarertəsindən peşə təhsil müəssisələri açılacaq. Bütün peşə məktəbləri səhiyyə nazirliyi tərəfindən yoxlanıldı və onların fəaliyyətinə icazə verildi.

Eləcədə bazarertəsindən etibarən treninqlərin və konfransların qapalı məkanlarda keçirilməsinə də icazə veriləcək.

Bilirsiniz ki, treninqlərin keçirilməsinə yalnız açıq məkanlarda icazə verilirdi. İndi isə artıq 6 iyul tarixindən treninq və konfransların qapalı məkanlarda keçirilməsinə icazə veriləcək. Qərara əsasən hər 5 metrə bir adamın durmağın icazə veriləcək. Əgər bu baş tutmasa maskadan və örtükdür istifadə etmək məcburi olacaq", - deyə Peradze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri