1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
16 
İyl
2020
21:07
2209

Marina Ezuqbaia toyların keçirilməsi haqda danışdı

"Çox dəvətli toylar və yas mərasimləri koronavirusun yayılma riskini artırır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Ezuqbaianın bildirdiyinə görə, əhali koronavirusun təhlükəsini dərk etmir və bu halda onların məlumatlandırılması davam etməlidir.

“Bunun haqqında hamı danışır. Yalnız mən yox. Bu cür insanların çox olduğu mərasimlər baş tutmamalıdır. İnsanlar koronavirusun təhlükəsini dərk etmirlər buna görə də onların məlumatlandırılması lazımdır. Məlumatlandırılma prosesində bir çox faktorlar iştirak edir. Bir sözlə hökümət, səhiyyə nazirliyi, tibb sektoru və siz-media. Siz bizim danışdıqlarımızı əhaliyə çatdırırsınız. Bu yolla düşünürəm ki, əhalini məlumatlnadırmaq prosesi uğurla baş tutacaq və bu səviyyə aşağı enmiyəcək”, – deyə Ezuqbaia qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri