1 USD =3.074 GEL 1 EUR =3.629 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.189 GEL
19 
İyl
2020
11:56
1692

Marneulidəki insidentlə bağlı Gürcüstan Baş prokurorluğuna müraciət edilib

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyası Marneulinin Araflı kəndində baş verən insidentlə əlaqədar Gürcüstan Baş prokurorluğuna müraciət edib.

InterPress.ge-nin xəbərinə görə, bu barədə partiyanın üzvü Əhməd İmamquliyev məlumat verib.

O bildirib ki, hüquq-mühafizə orqanı əməkdaşlarının evində axtarış apardığı şəxs “Avropalı Gürcüstan” partiyasının tərəfdarıdır: “Bütün Gürcüstanın da gördüyü videoda polisin qəsdən narkotik vasitələri axtarış aparılan evdə gizlətdiyi görünür. Biz Baş prokurorluğu bu hadisəni araşdırmağa, həmin polislərin kimliyini müəyyənləşdirməyə və cəzalandırmağa çağırırıq”.

Ə. İmamquliyev qeyd edib ki, axtarışın aparıldığı evdə yaşayan ailə daha sonra polisin zorakılığına məruz qalıb: “Hər iki fakt araşdırılmalı və adekvat tədbirlər görülməlidir”.

Qeyd edək ki, iyulun 17-də polis Marneulinin Araflı kəndində bir ailənin evində axtarış keçirib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, axtarış məhkəmə qərarı ilə aparılıb, lakin kənd əhalisi istintaqın aparılmasına mane olub. Yerli sakinlər polisin axtarış zamanı evə narkotik vasitə yerləşdirməyə çalışdığını bildirirlər. Onlar polisi əməliyyatın aparıldığı evdə yaşayan ailəyə qarşı böhtan atmaqda ittiham edirlər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri