1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
20 
İyl
2020
11:19
1760

Marneulidə etiraz aksiyası keçirildi - FOTO

Marneulinin meria binasının qarşısında Sadaxlının Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, etraz edən sakinlər susuzluqdan əziyyət çəkdiklərini bildiriblər.

Sakinlərin İnterPress-ə verdiyi müsahibəyə görə, su problemi artıq 4 ildən çoxdur ki, mövcuddur. Onlar bildirirlər ki, həfdədə bir neçə dəfə meria tərəfindən maşınla su göndərilir və hər ailəyə 60 litrə su verilir, ancaq bunun yetərsiz olduğunu bildirirlər. Sakinlər problemin həll olunmadığı təqdirdə etiraz aksiyasına davam edəcəklərini bildirdilər.

Merin köməkçisi Ədil Əlioğlunun verdiyi məlumata görə, məsələ ilə bağlı artıq iki dəfə tender elan edilib, ancaq tenderi udan şirkət standartlara cavab vermədiyi üçün tender ləğv olunub.

Marneuli merinin birinci muavini Zaur Tapadadze sakinlərə ən qısa zamanda problemi həll edəcəyinə dair söz verdi. O, eyni zamanda növbəti tenderin elan olunduğunu və ən gec avqust ayının ikisinə kimi sakinlərə dəqiq bir məlumat verəcəyini bildirdi.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri