1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
22 
İyl
2020
13:57
731

Amiran Qamkrelidze: "Bazarlarda nəzarət ciddi şəkildə sərtləşəcək və cərimələr də olacaq"

"Müvafiq şərtlərin qorunması məqsədi ilə, bazarlarda nəzarət ciddi şəkildə sərtləşəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun dediyinə görə, ciddi nəzarətlə bərabər cərimələr də tətbiq olunacaq.

“Girişdə termoskrininq, hərkəs tibbi maska ilə olacaq, sosiyal məsafə qorunacaq, əllərin təmizlənməsi üçün sanitayzerdən istifadə ediləcək, – bütün bunlar mütləq nəzərə alınmalıdır, yoxsa infeksiyanın yayılma riski mövcuddur” – dedi Amiran Qamkrelidze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri