1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
22 
İyl
2020
14:35
1881

Mərkəz rəhbəri üç kəndin bağlanacağını istisna etmədi

"Mövcud epidemiya vəziyyətinə görə Qardabani bələdiyyəsinin 3 kəndinin bağlanacağı istisna deyil".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Gamğrelidze bildirib.

Onun sözlərinə görə, Qardabani bələdiyyəsində geniş tədqiqatlar baş tutmasa yeganə həll yolu bu kəndləri bağlamaq olacaq.

"Mən bu radikal tədbiri istisna etmirəm, yerli sakinlər tərəfindən bu geniş tədqiqatlarda iştirak etmək aşağı səviyyədə olarsa , onda yeganə addım, əlbəttə ki, bu üç kəndi təcrid etmək və bağlamaq olacaq. Bu, Koordinasiya Şurası tərəfindən müzakirə ediləcək və qərar veriləcək. Mən bir daha əhalidən daha tibbi tədqiqatlarda iştirak etmələrini xahiş edirəm", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri