1 USD =3.074 GEL 1 EUR =3.629 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.189 GEL
23 
İyl
2020
16:31
2389

Azərbaycanda olan vətəndaşlarımızın nəzərinə: Səfirlik müraciət edir

Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasında müvəqqəti qalan vətəndaşlarına müraciət edib.

InterPress.ge-nin məlumatına görə, müraciətdə son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yarandığı bildirilir:

"Xüsusilə Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar. Qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub. Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək ölkədə qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq".

Müraciətdə vurğulanıb ki, COVID-19-a qarşı mübarizə prosesində Azərbaycan və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaları mərhələli şəkildə, yalnız əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək: "Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək onların mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaları prosesini davam etdirmək üçün əvvəlcədən səfirlikdə qeydiyyatdan keçmələrinə çağırırıq”.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri