1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
24 
İyl
2020
20:22
3445

Mərkəz rəhbəri Azərbaycanla sərhədlərin açılmasına münasibət bildirdi

Gürcüstanın qonşu ölkələrlə quru sərhədlərinin açılması hələ tövsiyə olunmur.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib.

Onun sözlərinə görə, 4 qonşu ölkənin hər birinin əhalisi çoxdur: "Bu vaxta qədər Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə sərhədlər bağlı olaraq qalır. Quru sərhədlə sərbəst hərəkətin bərpası indiki mərhələdə məsləhət görülmür".

Mərkəz rəhbəri deyib ki, qonşu ölkələrdən Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması xüsusi protokola uyğun həyata keçirilir: "Pandemiya dövründə karantinə alınanların 25%-də koronavirus aşkarlanıb. Karantinə yerləşdirmə effektiv tədbirdir və biz virusa yoluxan hər hansı bir şəxsin virusu yaymasına imkan verməmişik".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan-Gürcüstan sərhədi vasitəsilə sərbəst hərəkət martın 14-dən dayandırılıb.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri