1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
25 
İyl
2020
14:20
1681

Kvemo Kartili qubernatoru Qardabanidə son vəziyyəti açıqladı

"Qaracalar kəndində testdən keçmiş əhalinin sayı demək olar ki, 2 qat oldu lakin, daha çox insanın cəlb olunmasına ehtiyac var".

İnterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

"Qardaban bələdiyyəsində 705 nəfər, Qaracalar kəndində isə 377 nəfər test prosesindən keçib. Bu ötən günlə müqayisədə say 2 qat oldu. Lakin bu yetərli deyil, daha çox fəallıq lazımdır. Kəntdə 5 min əhali var başa düşürəm ki, bu əhalinin müəyyən hissəsi başqa ölkələrdə yaşayır. Ancaq 2000 - 2500 vətəndaş təcili testdən keçməlidir. Əhalinin müəyyən hissəsi isə çətinlik yaradır bizimlə əməkdaşlıq etmək istəmir. Bağlı bələdiyyə bizə heç nə verməz, testdən keçməklə adi normal yaşam həyatımıza geri qayıtmalıyıq ", - dedi Şota Rexvişvili.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri