1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
26 
İyl
2020
13:42
1463

Marneulidə "İşğala son - Qarabağa azadlıq, sonra sülh" aksiyası keçirildi - FOTO

Marneuli rayonunda Azərbaycan ərazilərinin işğalına son verilməsi tələbi ilə "İşğala son - Qarabağa azadlıq, sonra sülh" adlı aksiya keçirildi.

InterPress.ge xəbər verir ki, Marneulinin mərkəzində, Ata Holdinq binası qarşısında yerləşən parkda keçirilən aksiyada Rusiyadan Gürcüstanın işğal edilmiş ərazilərinin və Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son verməsi tələb edilib.

Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğu bildiriblər. Onlar sülhün yalnız işğala son verilməsindən sonra mümkün olacağını vurğulayıblar.

Aksiyada Ermənistan silahlı qüvvələrinin son illərdə törətdiyi təxribatlar nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin və mülki şəxslərin şəkilləri nümayiş edilib, iştirakçılar həmçinin beynəlxalq aləmdən Xocalıya ədalət tələb ediblər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri