1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
27 
İyl
2020
12:50
2215

Camdeliani: "Kim ki, Zaur Darğallının parlamentə daxil olmağına imkan yaradarsa Nərimanovun büstünü təmir etməklə törətdiyi cinayətə ortaq olar"

“Əgər məni dayanmağımız istəyirsinizsə birbaşa məni vurun”.

InterPress.ge xəbər verir ki, bu sözləri bazar xütbəsi zamanı Marneuli və Hujabi eparkiyasının Episkoposu Giorgi Camdeliani deyib.

Onun sözlərinə görə, ona qarşı dezinformasiya xarakterli kampaniya təşkil ediblər.

"Yalana xidmət edən qüvvələr, insanlar mənə qarşı kampaniya təşkil ediblər. Guya mən milli zəmində münaqişə yaratmaq istəyirəm.

Son 3 ay ərzində biz böyük təhqir olunduq. Şəhər meri dövlətə qarşı cinayət törətdi- müstəqilliyimiz ərazi bütövlüyümüzü əlimizdən alan Nəriman Nərimanovun heykəlini bərpa etdirdi.

Mən bizim azərbaycanlı vətəndaşlarımıza müraciət edirəm ki, kim ki, Zaur Darğallının parlamentə daxil olmağına imkan yaradarsa onun törətdiyi cinayətdə iştirak etmiş olar.

Ədalətin qarantı olmalı olan dövlət konstitusiyanı və qanunu başımıza uçurdu. Gecə gündüz müxtəlif yollarla məni dayandırmaq üçün çalışırlar. Onlara birbaşa müraciət edirəm ki, mənim dayanmağımı istəyirsinizsə məni birbaşa güllələyin!

Dünən David Qareciyi bağladılar qonşu dövlətə verdilər. Bu gün isə onun abidəsini şərəf və ləyaqətlə bərpa etdilər", deyə Giorgi Camdeliani deyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri