1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
28 
İyl
2020
14:54
844

Gürcüstanda sorğu keçirildi: Gürcüstanda virusun aşağı səviyyədə yayılması hansı uğurla əlaqəlidir?

Gürcüstan vətəndaşların 73%-i ölkədə virusun aşağı səviyyədə yayılması hökumətin və həkimlərin atdığı uğurlu addımların nəticəsi olduğunu, 17%-zi isə gürcü genetikasının və dinin nəticəsi olduğunu düşünürlər.

InterPress.ge xəbər verir ki, bu barədə statistika Milli demokratik institutunun (NDİ) araşdırmalarına əsasən bəli olub.

Araşdırmalara görə, əhalinin böyük hissəsi koronavirus haqqında yayılan saxta xəbərlərdən narahat olduqlarını, lakin yalanı doğrudan seçə bildiklərini dilə gətirirlər. Sorğuda iştirak edən əhalinin 84%-i koronavirusla əlaqəli məlumatları televizor vasitəsilə, 41%-i isə sosiyal şəbəkədən aldığını qeyd edirlər.

NDİ-nın tədqiqatlarına əsasən sorğuya alınan 59%-i xəstəliklərə nəzarət milli mərkəzi tərəfindən verilən məlumatalara etibar etdiklərini, 44%-i hökümətin , 18%-i isə KİV-in yaydığı məlumata etibar edir.

Facebook sosiyal şəbəkəsində koronavirusla əlaqəli yayılan məlumatlara 61% vətəndaş mənbəyə əsasən, 37%-i isə öz hisslərinə inanır.

NDİ-ın tədqiqatına əsasən Luqar laboratoriyası əhalinin çoxunun etimadını qazanıb. Əhalinin 66%-i hesab edir ki, Luqar laboratoriyası Gürcüstanda koronavirusun yayılmasına mane olub.

Əhalinin 80%-i özünün və ya yaxınlarının koronavirusa yoluxacağından narahatdır. Əhalinin 46%-i isə koronavirus əleyhinə vaksin olacağı halda peyvənd etməyəcəyini qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri