1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
29 
İyl
2020
14:04
540

Stadionda azarkeşlər futbol izləmək üçün bu qaydalara riayət etməli olacaqlar

İdman tədbirlərini canlı izləmək istəyənlər stadionda 2 oturacaq məsafə ilə oturacaqlar.

InterPress.ge xəbər verir ki, səhiyyə Nazirliyi tərəfindən işlənmiş müvafiq yeni protokol koronavirusun yaratdığı vəziyyəti nəzərdə tutur.

Əmək şərtləri müfəttişliyi departamentinin nümayəndəsi Ketevan Darçmelianın açıqlamasına görə, açıq havada təşkil olunan idman tədbirlərini canlı izləmək mümkün olacaq. Müvafiq protokol isə yaxın günlərdə ictimailəşdiriləcək.

Onun bildirdiyinə görə, idman meydançalarında izləyicilərin 2 oturacaq məsafəli oturmasından başqa müvafiq protokola əsasən yenə də maskadan istifadə etmək və əllərin gigiyenik məhlullarla dezinfeksiya edilməsi qaydası qüvvədə olacaq.

“İdman yarışlarını əsasən də futbol matçı və ya yarışı keçirildikdə idman meydançasında iləyicilər 2 oturacaq məsafəli oturmaqları şərt olacaq.

Qapalı ictimai yerlərdə maskadan istifadə məcburi olacaq. Yarışda iştirak edənlər və canlı izləmək istəyənlər 70%-li dezinfeksiyaedici məhlulla əllərin gigiyenik qaydasını qorumaq mütləq olacaq.

Yarış iştirakçıları batut və topdan başqa digər ümumi idman avadanlıqlarından minimum istifadə etməlidirlər.

Matçdan sonra oturacaqlar dezinfeksiya ediləcək, eləcə də əllərlə salamlaşmaq və məsafəni qorumaqla əlqəli hamı üçün lövhələr asılmalıdır.

İdman meydançalarna yarıdan az şəxsin girişinə icazə verilməlidir.

Bu qaydalar idmanın dogər növlərinə də şamil edilir.”, -dedi Ketevan Darçalia.
Bundan əlavə, izləyicilər idman meydançasına daxl olmadan öncə termoskrininq prosesindən keçəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri