1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
31 
İyl
2020
18:31
1411

Qardabanidə aksiya başa çatdı - NƏTİCƏ?

Qaracalar kəndində etiraz aksiyası yerli əhali və Kvemo Kartli qubernatoru arasında baş tutan razılıqla sona çatıb.

InterPress.ge xəbər verir ki, qərara gəlinib ki, yerli əhali kənd təsərrüfatı məhsullarını qaydalara riayət etməklə bazara satış üçün özləri aparacaqlar. Bundan başqa sosiyal aztəminatlı ailələrə kəntdə qida paylanacaq.

“Kənd təsərrüfatı məhsulu əsasən də göyərti Kütləvi şəkildə problemə çevrilib. Məhsulları distribütor təşkilatçılıqla aparır. Lakin əhali qeyd edir ki, distribütor kənd təsərrüfatı məhsullarını aşağı qiymətə alır. Hal hazırda əlaqə qururam ki, məhsulu azı 10 yük avtomobili ilə yerlilər bazara özləri şəxsən aparsınlar. Onlar sürətli testdən keçəcəklər və patrul Nəftulluq bazarınadək onlar müşayət edəcək. Əhalinin istəyinə görə özləri şəxsən bazara təhvil verəcəklər”, - deyə qubernator bildirib.

Onun sözlərinə görə, ikinci məsələ əhalinin işləyə bilməməsi və gəlirin azalmasıdır.

“Təbii ki, bu problemi də qısa zamanda həll etmək istəyirik. Kəntdə təxminən 85 sosiyal aztəminatlı ailə yaşayır. Ərzaq yardımı ilkin mərhələdə bu ailələrə veriləcək. İnkubasiya vaxtı 2 həftədir. Bu vaxt bizə proseslərin nə dərəcədə tezləşməsini göstərəcək”, - dedi qubernator.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri