1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
01 
Avq
2020
10:31
701

Gürcüstanda koronavirusla bağlı son vəziyyət - yoluxmalar var

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 1171 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 7 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 947-ə çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 6588 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 17 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri