1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
01 
Avq
2020
12:32
2437

Ölən gənc qızın ölümü ilə bağlı yeni detalar məlum olub

"Tamar Baçaliaşvili son 5-6 ay ərzində özü ilə elektroşok gəzdirirdi".

InterPress.ge xəbər verir ki, bu haqda “ Polimetr” verlişində 23 yaşlı dünyasını dəyişən qızın anası açıqlama verib.

Başaliaşvilinin anasının sözlərinə görə, qız özünü müdafiə üçün atasından elektroşok almağını xahiş edib.

Tamar Baçaliaşvilinin ailəsinin Tamar Baçaliaşvilinin avtomobilindən elektroşokun tapılıb tapılmamasına dair məlumatları yox idi. Az müddət sonra Tetriçğaro bələdiyyəsinin polis bölməsində Tamarın anasına “ elektroşok avtomobildən tapılıb” deyilib.

Bundan başqa Teona Tamazaşvilinin verlişdə bildirdiyinə görə, Tamar evdən çıxanda əynində qara rəngdə köynək geyinib, lakin o, avtomobildən ağ rəngli köynəklə çıxarılıb.

“Tamar evdən çıxanda qonşularım görüb ki, onun əynində qara rəngli köynək olub. Mən isə onun avtomobildə tapıldıqda əynində ağ köynək olduğunu bilirəm. Şəkillərdə də görünür ki, əynində ağ rəngli köynək olub”, - dedi Teona Tamazaşvili.

Tamarın anasının qeyd etdiyinə görə, Qoltet kəndində evinin yaxınlığında Tamarı görən qadın isə bildirir ki, Tamarın əynində ağ rəngli köynək olmayıb.

“Hansı rəngdə geyinmişdi xatırlamıram. Ancaq ağ rəngli köynək geyinməmişdi bunu dəqiq bilirəm” - yerli sakin deyir.

Həyatını itirən Tamarın vəkili də qeyd edir ki, Tamarın nəşi avtomobildən çıxarıldıqda onun üzərində ağ rəngli köynək olub.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri