17 
Fev
2020
09:30
8328

Gürcüstanda sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişir - Şərtlər və QİYMƏTLƏR

Gürcüstanda sürücülük vəsiqəsinin verilməsi ilə bağlı qaydalar dəyişir.

InterPress.ge bildirir ki, yaz sessiyası çərçivəsində parlament "yol hərəkəti haqqında" qanuna daxil edilən dəyişiklikləri nəzərdən keçirəcək.

Dəyişikliklərə görə imtahanın ilk mərhələsi (xüsusi manevrlər) bağlı imtahan meydanında keçiriləcək. Mərhələ uğurla başa çatdığı təqdirdə ikinci mərhələ real yol hərəkəti şərtlərində - öncədən seçilmiş və Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş marşrutlarda baş tutacaq.

Bu qaydada sürücülük vəsiqəsi almaq üçün imtahan isə 8 bələdiyyədə- Rustavi, Telavi, Saçxere,Qori, Axalçixe, Kutaisi, Ozurqeti və Batumidə keçiriləcək.

Plana görə layihənin həyata keçirilməsi üçün büdcədən 1 milyon lari nəzərdə tutulub.

Digər dəyişiklik isə sürücülük vəsiqəsi ilə bağlı rüsumların məbləği ilə bağlıdır. Belə ki, ilk praktiki imtahana giriş üçün 40 GEL, ikinci dəfə giriş üçün isə 90 GEL olacaq, test imtahanının isə (teorik imtahanın) ödəniş məbləği 40 GEL-dən 20 GEL-ə endirilib.

Qanun layihə sürücülük vəsiqəsinin praktiki hissəsini 2 mərhələ olaraq nəzərdə tutur.

Qeyd edək ki, dəyişiklik paketi büro iclasında təşəbbüs kimi ötən ilin mart ayında irəli sürülmüşdü. Lakin indiyə qədər plenar iclasa çıxarılmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri