1 USD =3.29 GEL 1 EUR =3.829 GEL 1 AZN =1.937 GEL 1 TRY =0.428 GEL 1 RUB =4.272 GEL
16 
Sen
2020
09:30
554

Gürcüstanda koronavirusa yoluxan hansı şəxslər evdə müalicə alacaq? - Səhiyyə nazirliyindən açıqlama

"Bundan sonra evə yönəlmiş model həyata keçirməyi düşünürük".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia Gürcüstanın Birinci kanalına müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, artıq bütün ailə həkimləri koronavirusa yoluxan xəstələrin evdə müalicəsi üzrə təlim keçiblər.

"Ev idarəetməsi protokolu Səhiyyə Nazirliyi tərəfindən fevral-mart aylarında hazırlanıb və bütün ailə həkimləri keçirilən təlimdə iştirak edib. Ehtiyac yaranarsa, xəstəni evdə necə qiymətləndirəcəklərini, lazım olduqda xəstəxanaya aparacaqlarını və ya evdəki yüngül halları müşahidə altında tutmağa davam edəcəklərini bilirlər. Resurslardan irəli gələrək bu gündən etibarən evdə müalicə modelini həyata keçirməyi düşünürük", - deyə Tamar Qabunia qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri