1 USD =3.29 GEL 1 EUR =3.829 GEL 1 AZN =1.937 GEL 1 TRY =0.428 GEL 1 RUB =4.272 GEL
16 
Sen
2020
10:32
827

Təhsil prosesinin 1 oktyabrdan etibarən siniflərdə başlaması üçün nə etməliyik ?

"Təhsil prosesinin 1 oktyabrdan etibarən siniflərdə başlayacağını gözləyirik"

İnterPress.ge xəbər verir ki, bu haqda Təhsil nazirinin müavini Ekaterine Dqebuadze bildirib.

“Bu günki gündə davam edən prosesin bir şəkildə Təhsil Nazirliyinin və müxtəlif qurumların günahı olduğu barədə daim söhbətlər gəzir. Təhsil Nazirliyinin tamamilə yeni bir sistem qurduğunu deyə bilərik və bunu dünyada izlənilən beynəlxalq təşkilatların araşdırmaları təsdiqləyir. Gürcüstan bu pandemiya dövründə ən uğurlu ölkələrdən biri oldu və təhsil prosesini səmərəli idarə etməyi bacardı. Təhsilin 15 Sentyabrda başlaması üçün həm texniki, həm maddi, həm də məzmun baxımından çox işlər görüldü. Təhsilin 1 oktyabrda başlamasını gözləyirik və xahişim budur ki, uşaqlarımızın yenidən məktəbdə sinif otaqlarında təhsil almaları üçün qaydalara riayət edək " dedi Ekaterine Dqebuadze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri