1 USD =3.333 GEL 1 EUR =3.881 GEL 1 AZN =1.962 GEL 1 TRY =0.438 GEL 1 RUB =4.288 GEL
16 
Sen
2020
19:42
802

Azərbaycanda neçə min Gürcüstan vətəndaşı konsulluq qeydiyyatından keçib?

“Ən çox Gürcüstan vətəndaşları konsulluq qeydiyyatına 5 ölkədə alınıblar”.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Xatuna Totladze bildirib.

Onun sözlərinə görə, siyahıda birinci yeri 13 221 vətəndaşla Yunanıstan tutur: “İkinci yerdə Azərbaycandır. Bu ölkədə 7 038 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib. ABŞ-da 4 312, Ukraynada 3 543, İspaniyada isə 3 124 vətəndaş konsulluq qeydiyyatına alınıb”.

Nazir müavini deyib ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçiriləcək seçkilərlə bağlı ölkə xaricində seçki məntəqələri yaradılacaq: “Hazırkı mərhələdə neçə seçki məntəqəsinin açılacağ hələ məlum deyil. Oktyabrın 10-dək xaricdə olan Gürcüstan vətəndaşları konsulluq şöbələrində qeydiyyatdan keçəcəklər. Avqustun 11-nə olan göstəriciyə əsasən, qeydiyyatda 52 702 vətəndaş var”.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri