1 USD =3.29 GEL 1 EUR =3.829 GEL 1 AZN =1.937 GEL 1 TRY =0.428 GEL 1 RUB =4.272 GEL
17 
Sen
2020
08:52
439

Batumidə nəzarət gücləndirildi - VİDEO

Batuminin giriş və çıxışlarında xüsusi polis nəzarət məntəqələri yerləşdirildi.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin yaydığı məlumata görə, vətəndaşların Batumi ilə Acarıstan Muxtar Respublikasının digər bələdiyyələri arasında giriş-çıxışı məhdudlaşdırılmır və başqa ciddi karantin məhdudiyyətləri tətbiq edilmir.

“Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının qəbul etdiyi qərara görə, COVID-19-un yayılmasının qarşısını almaq və vətəndaşları fəal şəkildə izləmək üçün Daxili İşlər Nazirliyi tərəfindən Batuminin giriş və çıxışlarında xüsusi polis punktları yaradıldı.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsi Xidmətinin əməkdaşları şəhərin çıxışında və girişində çadırlar qurdular.

Polis artıq Acarada koronavirusun yayılmasına qarşı profilaktik tədbirləri izləməyə başlayıb.

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, Batumiyə daxil olan və tərk edən bütün vətəndaşlar yerində termoskrininqdən keçəcəklər və yüksək hərarət aşkarlandığı təqdirdə onlar da test olunacaqlar. Polis Gürcüstanın İşğal olunmuş Ərazilərindən, Əmək, Səhiyyə və Sosial Məsələlərdən Məcburi Köçkünlər Nazirliyinin əməkdaşları ilə birlikdə profilaktik tədbirlər görür.

Hüquq-mühafizə orqanları yerli sakinlərə virusun yayılmasının qarşısını almaq üçün davam edən profilaktik tədbirlər barədə məlumat verir və zəruri hallarda kömək edir. Nazirlik bildirir ki, Gürcüstan ərazisindəki bütün şəxslər Gürcüstan qanunvericiliyinin tələblərinə riayət etmək məcburiyyətindədirlər", - deyə DİN-dən bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri