1 USD =3.333 GEL 1 EUR =3.881 GEL 1 AZN =1.962 GEL 1 TRY =0.438 GEL 1 RUB =4.288 GEL
17 
Sen
2020
09:22
1407

Mərkəz rəhbərindən virusla bağlı sevindirici açıqlama - "Virusun aqressivliyi bir qədər azalır..."

"Koronavirus infeksiyası hələ də aradan qaldırılmayıb, pandemiya davam edir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, virusun aqressivliyi bir qədər azalır.

“Ölkədə PCR testin sayı çox artıb. Bu o deməkdir ki, infeksiya bizdən qaça bilmir. Bunlar əsasən yüngül hallardır və biz onları ilkin mərhələdə aşkar edib idarə etməyə başlayırıq ki, bu da həlli üçün yaxşı bir yoldur. Son bir həftə ərzində ölkədə və xüsusən Acarada yeni hallarda artımın baş verməsinə baxmayaraq son iki həftədə 100.000 nəfərə düşən yeni halların yüzdə 2.3 hal payı var. Bu da Gürcüstanın təhlükəsiz, yaşıl zona olması deməkdir. Acara hal-hazırda daha çox diqqət mərkəzindədir və orada virusun yayılmaması üçün daha çox tədbir görülür ki, yoluxma zəncirini qıraq", - deyə Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri