22 
Fev
2020
13:00
855

Marneulidə beynəlxalq Ana dili günü qeyd olunub - FOTO

Marneulidə 21 Fevral tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd olundu.

InterPress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə GAİM-in icraçı direktoru Aygül İsayeva açaraq Beynəlxalq Ana Dili Gününün hər kəsə, xüsusən də milli azlıqlara öz ana dilini sevmək, qorumaq, inkişaf etdirmək hüquqlarının olmasını xatırlaladan vacib və əhəmiyyətli günlərdən olmasını vurğuladı.

"Ana dili milli-mədəni sərvətimiz, milli varlığımız, milli kimliyimiz, milli qürurumuzdur. Ana dilimizi qorumaq hər birimizin müqəddəs borcudur". - deyə Aygül İsayeva qeyd edib.

GAİM-də Azərbaycan dili və Ədəbiyyat dərsini keçən Fatma Əliyeva Azərbaycan dilinin çox zəngin və ahəngdar dil olması, tarixi kökləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

"Həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin mənəvi borcudur" - deyə Fatma xanım qeyd etdi.

Tədbirə qatılan ziyalılar, müəllimlər, gənclər bu günün əhəmiyyətindən, ana dilinin keşiyində durub tərəqqisi üçün çalışmağın mütləq olmasından danıışdılar.

Daha sonra GAİM-də təhsil alan gənclər görkəmli Azərbaycan şair və yazıçılarının əsərlərindən parçalar ifa etdilər. Tədbirdə muğam ustası Asim Məmmədovun şagirdləri, o cümlədən Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ustası Şəbnəm Asif qızı muğam və xalq mahnılarını da səsləndirdilər.

Qeyd edək ki, 1999-cu ildə dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqəsidi ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri