1 USD =3.199 GEL 1 EUR =3.756 GEL 1 AZN =1.883 GEL 1 TRY =0.413 GEL 1 RUB =4.141 GEL
23 
Fev
2020
22:03
2189

Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırdı

Gürcüstan hökumətinin qərarı ilə İrana gediş-gəliş məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub.

Qərara əsasən, hazırkı mərhələdə İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistlərin vətənə qaytarılması üçün şərait yaradılacaq.

“Biz bu istiqamətdə qonşu ölkələrlə fəal iş aparacağıq. Gürcüstan hökuməti hadisələrin inkişafını izləyir, qonşu Azərbaycan və Ermənistanla işi davam etdirir”, - deyə hökumətin bəyanatında bildirilir.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri