26 
Fev
2020
12:57
1509

Bu cərimələr iki qat artır

Tullantıların İdarə Edilməsi Məcəlləsində planlaşdırılan düzəlişlərə əsasən ətraf mühitin çirklənməməsi üçün cərimələr həm fiziki, həm də hüquqi şəxslər üçün demək olar ki, iki dəfə artırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunmuş qanun layihədə qeyd olunub.

Belə ki, 20 kiloqramadək qalıqlarla ətraf mühitin çirklənməsi üçün fiziki şəxslər üçün 150 lari əvəzinə 500 lari, hüquqi şəxslərə isə min lari əvəzinə 1,5 min lariyədək cərimə ediləcək.

Qalıqların həcmi 20 kiloqramı keçərsə, fiziki şəxslər 300 əvəzinə 1000 lari cərimə ediləcək, hüquqi şəxslər isə 1000 əvəzinə 2 min lari ilə cəzalandırılacaqlar.

Qanunvericiliyə görə, iki kiloqrama qədər məişət zibili küçəyə atılarsa 100 əvəzinə 200 GEL cərimə ediləcək.

Bununla yanaşı zibilləri avtomobildən atan şəxlər 120 əvəzinə 250 GEL cərimə ediləcək.

Batareyalar, lampalar, elektrodlar və digər oxşar əşyalar kimi zibillərin atılmasına 100 əvəzinə 500 lari cərimə veriləcəkdir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri