04 
Mat
2020
20:54
3341

Marneulili gənc "Qalatasaray"ın futbol klubuna qəbul olub

Gürcüstanın Marneuli rayonunun “Gənclik” futbol məktəbinin yetirməsi İlkin Əhmədov Türkiyənin “Qalatasaray” futbol klubunun 18 yaşlılardan ibarət yığmasına dəvət alıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Gənclik" futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov məlumat verib.

Onun sözlərinə görə, İ.Əhmədov həmin yığmada yoxlamadan keçib və ona klubun vəsiqəsi verilib.

Ə.İsmayılov bildirib ki, gənc futbolçunun uğurunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) xüsusi rolu olub.

O, GAİM-ə yaratdığı şəraitə görə təşəkkür edib.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri