14 
Mar
2020
19:46
4802

Nazirdən Gürcüstan vətəndaşlarını sevindirəcək açıqlama

"Koronavirusun yayılması təhlükəsi səbəbindən ölkədə gücləndirilmiş təhlükəsizlik rejimi mövcuddur. Baxmayaraq ki, əhali arasında panika var amma qida çatışmazlığından qorxmaq lazım deyil".

İnterPress.ge-nin verdiyi xəbərə görə, bu sözləri Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili İdarələrarası Koordinasiya Şurasının iclasından sonra mətbuata açıqlamasında bildirib.

"Çaxnaşma üçün heç bir səbəb olmadığını və qida çatışmazlığı təhlükəsi yaranmadığını" deyən nazir, "Koronavirusun yayılması təhlükəsi səbəbindən ölkədə gücləndirilmiş təhlükəsizlik rejimi mövcuddur, lakin bu o demək deyil ki, əhali qida çatışmazlığından qorxmalıdır".

Bizimlə əlaqə saxlayın