16 
Mar
2020
14:06
2087

Gürcüstandan qayıdan çexiyalı turistdə koronavirus aşkarlanıb

Gürcüstandan qayıdan çexiyalı turistdə koronavirus aşkarlanıb.

InterPress.ge xəbərinə görə, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs martın 8-də ölkəsinə qayıdıb və müayinə zamanı onun xəstəliyə yoluxması təsdiqlənib.

Nazir qeyd edib ki, dağ kurort zonalarının vaxtından əvvəl bağlanması bu faktla əlaqədardır.

Bizimlə əlaqə saxlayın