17 
Mar
2020
13:59
3647

Gürcüstanda qarlı və yağmurlu hava neçə gün davam edəcək? AÇIQLAMA

Yağmurlu hava iki gün ərzində qorunub saxlanılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Milli Agentliyinin məlumatında deyilir.

Məlumata görə, 17-18 martda paytaxtda qar və aşağı temperatur gözlənilir. Bütün Gürcüstan miqyası ilə soyuq hava kütlələri yayılacaq. Yüksək dağlıq yerlərdə qar gözlənilir.

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, dənizdə 3-4 ballıq fırtına olacaq.

Sinoptiklər 19 martda bütün Gürcüstan ərazisində havaların yaxşılaşmasını gözləndiyini bildirir.

İntensiv qara görə, dağlıq zonalarda hərəkətin məhdudlaşdırılması tədbiq edilib.

Bizimlə əlaqə saxlayın