18 
Mar
2020
12:07
3127

Dövlət məktəblərində tətil uzadıla bilərmi? Gürcüstanın Baş Naziri AÇIQLADI

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria aprelin 26-dək ölkədə təhsil prosesini tam bərpa edilə biləcəyinə ehdimal etmir.

InterPress.ge xəbər verir ki, bunu Rustavi-2 televiziya şirkətinin efirində bildirib.

Qaxarianın sözlərinə görə, Təhsil Nazirliyinə yaxın vaxtlarda təhsil müəssisələrində buraxılmış vaxtın necə bərpa ediləcəyi ilə bağlı bir plan təqdim etmək tapşırığı verilib.

“Bizim üçün, hakimiyyət üçün əsas vacib olan vətəndaşlarımızın sağlamlığıdır. Əlbəttə birinci növbədə uşaqlarin.Təhsil nazirliyi bu gün deyir ki, əgər 26 aprelədək məktəblərdə təhsil prossesi bərpa olunmasa, onda o bütövlükdə sual altında qalacaq, orda müəyyən standartlar var... Mən ehtimal etmirəm ki, 26 aprelə kimi biz bütövlükdə təhsil prossesini bərpa edə biləcəyik, amma bunu umid edirem", - Qaxariya bildirdi.

Baş nazir etiraf etdi ki, bu gün ölkənin təhsil sistemi uşaqlara distant təhsil vasitəsilə tam hüquqlu təhsil verməyə hazır deyil.

“Bu bir həqiqətdir və özümüzü aldatmamalıyıq. Bəlkə bəzi məktəblər digərlərinə nisbətən daha yaxşı vəziyyətdədir, amma unutmamalıyıq ki, bəzi bölgələrdə hətta İnternetə çıxışı da yoxdur, buna görə də harada olduğumuzu və hansı imkanlarımızı lazımi şəkildə qiymətləndirməli olduğumuzu bilməliyik. " dedi Qaxaria.

Qeyd edək ki, Gürcüstanda universitetlər, məktəblər və uşaq bağçaları koronavirusun yayılmasının qarşısını almağ üçün martın əvvəlində bağlanıb. Bəzi universitetlər və özəl məktəblər uzun tətil müddətində distant təhsilə keçməyə çalışırlar. Dövlət məktəblərində bu mərhələdə aprelin 1-dək tətillər davam edir.

Bizimlə əlaqə saxlayın