21 
Mar
2020
15:03
3176

Qiorqi Qaxaria: "10 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan olunur"

"10 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan olunur,bu hər kəsə və hər şeyə aiddir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria fövqəladə vəziyyətin elan olunması ilə bağlı keçirilən brifinqdə qeyd edib.

“Bildiyiniz kimi, fövqəladə vəziyyət bütün ölkə miqyasını nəzərdə tutur və tutulur , 10 nəfərdən artıq insanın bir araya gəlməsinə qadağanın qoyulması hər kəsə aiddir. Məqsəd hər şeydən əvvəl vətəndaşlarımızın sağlamlığına qayğı göstərməyə xidmət edir. Gürcüstan hökumətinin əsas məqsədi vətəndaşlarımızın dini etiqadlarından asılı olmayaraq sağlamlıqlarına qayğı göstərməkdir ”- deyə Qiorqi Qaxaria bildirib.

Yeni tip koronavirus səbəbi ilə yaranmış vəziyyətdən irəli gələrək, Gürcüstanda aprelin 21-nə qədər fövqəladə vəziyyət elan edilib. Bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria bildirib.

Bizimlə əlaqə saxlayın