24 
Mar
2020
09:52
3014

Marneuli və Bolnisi bələdiyyəsinə kimlər daxil ola bilər?

Martın 22-dən gecə saatlarından Marneulidə və Bolnisidə giriş çıxışlar bağlanılıb.

InterPress.ge xəbər verir ki, hökumət başcısın Qiorqi Qaxarianın təlimatı ilə hər iki rayonda ciddi karantin rejimi elan edilib.

Belə ki, Marneuli və Bolnisi ərazisinə daxil olmaq istəyən hər bir şəxs xüsusi tibbi yoxlanışdan keçir, avtomobillər isə xüsusi qarışıq maddə ilə dezinfeksiya olunur.

Xatırladaq ki, Marneuli və Bolnisi bələdiyyələrinin daxilində hərəkət məhdudlaşdırılmayıb. Hər iki rayonun sakinləri öz rayonlarında sərbəst hərəkət edə bilərlər, ancaq rayon sakinləri qarşılıqlı səfər edə bilməzlər.

Hökumət lazım olmadığca evdən çıxmamaqa çağırır.

Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələrində qeydiyyatda olan şəxslər öz rayonlarına qayıda bilərlər. Rayonlardan hər bir kəsə başqa bir yerə çıxış qəti qadağandır.

Bizimlə əlaqə saxlayın