25 
Mar
2020
11:29
2705

Gürcüstanda koronavirusla bağlı rəsmi sayt Azərbaycan dilində fəaliyyətə başlayıb

Gürcüstan hökumətinin ölkədəki koronavirusla bağlı yaratdığı xüsusi www.stopcov.ge saytının azərbaycandilli versiyası hazırlanıb.

InterPress.ge xəbər verir ki, internet resursun Azərbaycan dilində olan bölməsi bu gündən fəaliyyətə başlayıb.

Saytda koronavirusla bağlı statistik göstəricilər, dövlətin bu virusla mübarizə istiqamətində atdığı addımlar və qəbul etdiyi qərarlar, tövsiyələr və digər məlumatlar yerləşdirilib.

Martın 3-dən aktiv olan sayt gündəlik olaraq yenilənir.

StopCov.ge bu günə qədər yalnız gürcü və ingilis dillərində olub. Saytın ermənidilli versiyası da hazırlanır.(report)

Bizimlə əlaqə saxlayın