07 
Apr
2020
11:00
3121

Tiflisdə taksi sürücülərindən nümunəvi addım

Paytaxt Tiflisdə bəzi taksi sürücüləri şəhər sakinlərinə pulsuz xidmət göstərməklə bağlı nümunəvi təklif irəli sürüblər.

InterPress.ge xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə xüsusi qrup da yaradılıb.

Feysbuk şəbəkəsində “Sür” adı altında yaradılmış qrupun artıq 18 min üzvü var. Qrupda olan hər kəs şəhərin bir yerindən başqa yerinə getməklə bağlı status yazır. Boş olan sürücülərdən biri də sərnişinlə əlaqə saxlayır və ona pulsuz xidmətini təklif edir.

Bundan başqa taksi sürücüləri və şəxsi avtomobil istifadəçiləri statuslar yazaraq, öz xidmətlərini təklif edirlər.

Bizimlə əlaqə saxlayın