23 
Apr
2020
10:31
2984

Kənd Təsərrüfatı Nazirliyi Marneulidə kənd təsərrüfatı məhsulları ilə bağlı yaranan problemi izah etdi

"Marneulidən kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı problem kənd təsərrüfatı bazarlarının bağlanması və yerli sakinlərin ərazidən getməsinə qoyulan qadağa səbəbindən yaranıb".

InterPress.ge xəbər verir ki, Pirveli telekanalında bu sözləri Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin Qida və kənd inkişafı şöbəsinin müdiri Tengiz Kalandadze deyib.

Koronavirusun yayılması ilə əlaqədar bir aydır Marneuli və qonşu Bolnisi bələdiyyəsində sərt bir karantin rejimi qüvvədədir. İki rayonda 200 minə yaxın insan yaşayır. Demək olar ki, hamısı fəal şəkildə kənd təsərrüfatı ilə məşğul olur və məhsullarını Tbilisi bazarlarında satırlar. İndi əhalinin karantin zonasını tərk etmək hüququ yoxdur.

Bələdiyyədə yükləmə və boşaltma üçün, distrebütorları buraxmaqa davam edirlər. Bununla birlikdə, bir çox topdansatış tədarükçüləri ölkədə kənd təsərrüfatı bazarları bağlandıqdan sonra fəaliyyətlərini dayandırdılar. Ticarət mərtəbələrini itirərək, maşınlarını Marneulidə mal üçün göndərməyi dayandırdılar.

Nəticədə minlərlə fermer məhsul yığımını həyata keçirə bilmir: bu gün istixanalarında xiyarların xarab olduğunu, əkin yerlərində isə, kələm və göyərtilərin çürüdüklərindən şikayətlənirlər.

Aprelin 22-də Marneuli rayonunun Şulaveri kəndində geniş etiraz aksiyası keçirildi. Karantin olmasına baxmayaraq, yüzlərlə insan məhdudiyyətlərin yumşaldılmasını tələb edərək yolu bağladı.

"Epidemioloji vəziyyətə görə bazarlarda hər şey düzəldilməlidir. Axın xətləri düzəldilməlidir, gigiyena şərtləri və s. Buna görə kənd təsərrüfatı bazarları bağlanıb. Bu məhsullar kənd təsərrüfatı bazarlarına gətirilirdi. İkincisi, Marneuli əhalisinin ərazini tərk etmək hüququ yoxdur, çünki Marneuli karantin zonasıdır... Əvvəllər onlar özləri bu məhsulu mikroavtobuslar və ya yük maşınları ilə müxtəlif kənd təsərrüfatı bazarlarına çıxarırdılar ", - dedi Kalandadze.

Qurum rəsmisinin sözlərinə görə, bazarlar bütün çatışmazlıqları aradan qaldırmağa başladı. Onlardan bəzilərinə bu həftə işlərini bərpa etməyə icazə verilib.

“Məsələn, Dezerti Bazarı bağlandı, ancaq topdan satış üçün açıldı. Navtluğ bazarını da qaydasına salınır. Yeni asfalt çəkdilər, bəzi şeylər təşkil etdilər. Yəqin ki, bir neçə gündən sonra Navtluğ bazarı açılacaq", - dedi Kalandadze.

Kalandadze, pandemiya fonunda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan inventar idarəetmə qərargahına rəhbərlik edir. Baş nazirin regional idarəetmə üzrə müşaviri Sozar Subari ilə birlikdə dünən etirazçılarla görüşmək üçün Marneuliyə gəldi. Danışıqlardan sonra aksiya dayandırıldı. Kalandadzenin izah etdiyinə görə, fermerlər ilə şirkətin məhsullarını alacaqı ilə razılaşdılar. Satış qiyməti də müzakirə edildi, onun sözlərinə görə, etirazçılar üçün tamamilə məqbul oldu. Məsələn, fermerlər kiloqramı 1 lari qiymətinə xiyar verəcəklər.

Kalandadze əlavə etdi ki, hakimiyyət mövcud məhdudiyyətlər altında alıcıları və istehsalçıları bir araya gətirmək üçün mümkün olan hər şeyi edir. Onun sözlərinə görə, müəyyən edilmiş tələblərə cavab verən istənilən şirkət Marneulidə mal əldə edə biləcək.

“Kənd təsərrüfatı bazarları ilə əlaqədar qaydalarımıza və tövsiyələrimizə uyğun gələn hər hansı bir şirkət birbaşa Marneuliyə gedib məhsul ala bilər. Bizimlə əlaqə qurmağa belə məcbur deyillər. Təşkilati tərəfdən onlara kömək etməyimizi istəyirlərsə, bütün bunların daha tez baş verməsini istəyirlərsə, biz köməyə hazırıq. Regional qərargahla razılaşdırmaqla, biz onlara tez getməyə, məhsul almaq və gətirməyə kömək edəcəyik. "- deyə o əlavə etdi.

Bizimlə əlaqə saxlayın