10 
May
2020
20:24
9222

Mayın 11-dən Gürcüstanda hansı məhdudiyyətlər götürülür - SİYAHI

Mayın 11-də Gürcüstan koronavirusun yayılması təhlükəsi səbəbindən qoyulmuş məhdudiyyətləri qaldırmağın başqa mərhələsinə başlayır.

InterPress.ge sizə hökumətin planını təqdim edir.

Tbilisiyə giriş-çıxış mayın 11-də açılacaqdır. Bazar ertəsindən etibarən vətəndaşlar sərbəst şəkildə paytaxta girib-çıxa biləcəklər. İndiyə qədər bunun üçün xüsusi bir keçid tələb olunurdu.

Mayın 11-də hər növ istehsal, eləcə də küçədən bir giriş olan bütün növ pərakəndə və topdansatış obyektləri açılacaqdır. Məhdudiyyətlər hələ də ayaqqabı və geyim mağazaları, həm də böyük ticarət mərkəzləri üçün qüvvədə qalır.

Mayın 11-dən istirahət zonaları fəaliyyətə başlayacaq.

Mayın 14-də daha iki şəhər açılacaq - Rustavi və Qardabani. Tbilisi, Kutaisi və Batumi ilə birlikdə 15 apreldən etibarən giriş və çıxış üçün bağlanıb.

Mayın 18-də Marneuli rayonunda giriş və çəxış açılacaq. Marneulidə martın 23-dən etibarən sərt karantin rejimi mövcuddur. Baş nazir Giorgi Qaxaria bildirir ki, əhali arasında bu bələdiyyədə hələ də müəyyən sayda testlər aparılmalıdır, buna görə onun açılışı Tbilisidən daha gec baş verir.

Sərt karantin zonaları elan edilmiş bələdiyyələr və inzibati hissələr istisna olmaqla, məhdudiyyətlər ölkə daxilində qaldırılır. İşlərini bərpa etməyə icazə verilən şirkətlər Səhiyyə Nazirliyinin tövsiyələrini ciddi şəkildə yerinə yetirməlidirlər.

Qeyd edək ki, Gürcüstan hökuməti iqtisadi fəaliyyətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün altı mərhələli plan təqdim edib. Birinci mərhələ 27 apreldə, ikinci mərhələ isə 5 mayda başladı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər