15 
May
2020
17:07
9169

Bir dəfəlik 300 lariyi almaq üçün qeydiyyatdan keçməyi bacarmayanlar nə etməlidirlər? AÇIQLAMA

Bu gündən hökumət, koronavirus pandemiyası ilə əlaqədar olaraq sərt tədbirlərdən təsirlənən vətəndaşları bir dəfəlik 300 lari ödəniş üçün qeydiyyata almağa başlayıb.

InterPress.ge xəbər verir ki, bu haqda səhiyyə nazirliyi məlumat verib.

Bununla bağlı qeydiyyatdan keçməyi bacara bilməyənlərə kömək ediləcək.

Marneuli meri Zaur Darğallı InterPress.ge-yə müsahibəsində bildirdi ki, bu istiqamətdə artıq təlimatlar verilir və gələn həfdən yerli bələdiyyə nümayəndələri qeydiyyatdan keçə bilməyənlərə köməklik edəcək.

"Kəndlərdəki kənd sovetlərinə təlimat veriləcək və gələn həftədən kənd sovetləri əhaliyə bir dəfəlik kompensasiya almaq üçün qeydiyyatdan keçməyə köməklik edəcək", - dedi Zaur Darğallı.

Xatırladaq ki, iyulun 1-dək Gürcüstan Səhiyyə Nazirliyinin (moh.gov.ge) saytında qeydiyyat davam edəcək. Qeydiyyatdan keçdikdən sonra uyğun olarsa kompensasiya 10 iş günü ərzində veriləcək.

Qeyd edək ki, bu cür köməklik bir tək Marneulidə yox, bütün bələdiyyələrdə ediləcək, hər bir vətəndaş gələn həftədən köməklik üçün yaşadığı yerin kənd sovetliyinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın