16 
May
2020
00:01
809

Ramazan ayının 22-ci gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 16-da imsak Tbilisi vaxtı ilə saat 03:45-də, iftar vaxtı isə 20:33-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

22-ci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Bismillahir-Rahmənir-Rahim. Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil ələyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”.

Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın