16 
May
2020
17:01
1056

Uşağını və qoca atasını döyən şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Polis əməkdaşları öz azyaşlı uşağını və yaşlı atasını döyən Adıgeni rayonunun (Samtsxe-Cavaxeti bölgəsi) 43 yaşlı sakini saxladılar.

InterPress.ge xəbər verir ki, bu barədə bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə ailənin yaşadığı evdə baş verib. İstintaqla mılum olub ki, təqsirləndirilən şəxs sərxoş olub.

Əvvəlcə kişi 15 yaşlı uşağı vurub, daha sonra yetkinlik yaşına çatmayan şəxsin yanında 74 yaşlı atasına hücum edib. Eyni zamanda təqsirləndirilən şəxs uşağın babasını öldürməklə hədələyib.

Hadisə ilə əlaqədar dərhal Gürcüstan Cinayət Məcəlləsinin "yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə iki və ya daha çox şəxsə qarşı, o cümlədən yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş məişət zorakılığı", habelə "ailə üzvünə qarşı təhdid" olan iki maddə üzrə istintaq başladılıb. Cinayət üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verir.

Bizimlə əlaqə saxlayın