16 
May
2020
23:53
1022

Ramazan ayının 23-cü gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 17-də imsak Tbilisi vaxtı ilə saat 03:43-də, iftar vaxtı isə 20:34-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

23-cü günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”.

Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xilas et! Ey günahkarların xətasına göz yuman Allah!”

İftar duası:

Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın