17 
May
2020
03:36
11569

Türkiyə Gürcüstan vətəndaşlarına qapılarını açır

Türkiyəyə müalicəyə gedən Gürcüstan vətəndaşları üçün qadağalar mayın 20-dən qaldırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri, Q.Janjğava sosial şəbəkədə yazıb.

“Türkiyə Səhiyyə Nazirliyinin qərarına əsasən, mayın 20-dən etibarən, Türkiyəyə müalicə məqsədi ilə daxil olan pasiyentlər üçün pandemiya səbəbi ilə ölkəyə qoyulan giriş məhdudiyyətləri qaldırılır. Bu 31 ölkəyə, o cümlədən Gürcüstan vətəndaşlarına şamil olunacaq.

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə giriş, xəstəxanaya qəbul, müalicə və təcrid olunmanı təmin etmək üçün, müvafiq tənzimləmələr müəyyən edib. Həmçinin, Türkiyə Səhiyyə Nazirliyi, müalicəyə gələn şəxslə birlikdə gələnlərə yönəlik qaydaları/normaları da müəyyən edəcək “- deyə Qiorqi Janjğava tərəfindən feysbukda yayılmış məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın